AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Üzeyir Hacibəylinin irsi üç epoxanın prizmasında”

17.09.2025

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev tədbiri açıq elan edərək bildirdi ki, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, pedaqoq, xalq artisti, AMEA-nın həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam həm tarixi ədalətin təntənəsidir, həm də milli mədəniyyətə olan yüksək dəyərin ifadəsidir. Üzeyir Hacıbəyli təkcə musiqiçi deyildi – o, öz dövrünün böyük bir maarifçi, yazıçı, dramaturq, publisist, pedaqoq idi. Onun yazdığı “Leyli və Məcnun” operası təkcə Azərbaycan musiqisində deyil, bütün Şərqdə operanın ilk nümunəsi kimi tarixə düşdü. “Koroğlu” operası isə milli qəhrəmanlıq ruhunun bədii təcəssümü olmuşdur”.

Tarix üzrə fəlsəfə doktoru, dosent Eldar Əliyev “Üzeyir Hacıbəylinin Rusiya imperiyası dövründə milli oyanışa töhfəsi”, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Cümhuriyyət dövründə Üzeyir Hacıbəylinin ictimai-siyasi publisistikası (“Azərbaycan” qəzetinin materialları əsasında )”, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov “Sovet ideologiyası fonunda Üzeyir Hacıbəylinin ictimai fəaliyyəti və yaradıcılığı ” adlı məruzə ilə çıxış edərək bəstəkarımızın mədəniyyət və musiqi tarixində oynadığı roldan, dünya mədəniyyət tarixinə bəxş etdiyi yeniliklərdən danışıblar.

____________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: