24.06.2025
İclası açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, orta əsrlərdə Səfəvi-Osmanlı qarşıdurması hər iki dövlətin tarixində dərin izlər buraxıb. Münaqişələr Səfəvi və Osmanlı dövlətlərinin siyasi, iqtisadi və hərbi güclərinə təsir göstərib, sərhədlərin dəyişməsinə və yeni siyasi nizamın yaranmasına səbəb olub. Səfəvi-Osmanlı müharibələri bölgədəki dini və etnik tərkibin dəyişməsinə də gətirib çıxarıb. Müharibələr region xalqlarının dini identikliyini, siyasi təşkilatlanmasını və iqtisadi həyatını əsaslı şəkildə dəyişib.
Səfəvi və Osmanlı imperiyaları XVIII əsrin ortalarına qədər ərazi uğrunda, siyasi nüfuz uğrunda və dini fikir ayrılıqları üzündən mübarizə aparıblar, hər iki dövlət geniş əraziləri, xüsusilə də Şərqi Anadolu, Mesopotamiya və Qafqaz regionlarını öz nəzarətlərinə almaq üçün mübarizə aparıblar. Səfəvilər və Osmanlılar arasında baş vermiş müharibələrin nəticəsində formalaşmış sərhədlər bu gün də mövcuddur.
İnstitutun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli “Amasya sülhünün Səfəvi-Osmanli münasibətlərində yeri və rolu” adlı məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanı ələ keçirmək cəhdlərinin nəticə vermədiyinə əmin olduqdan sonra Sultan Sü¬leyman Səfəvilərlə sülh bağlamağa razı olub. Öz qüdrətinin ən yüksək dövrünü yaşayan Osmanlı ilə Səfəvi arasında 1555-ci il iyunun 1-də “Amasya sülhü” imzalanlanıb, bununla da iki dövlət arasında dinc münasibətlərin inkişafı üçün geniş imkanlar yaranıb. Osmanlı tarixçisi Cəlalzadə Mustafa Çələbinin yazdığı kimi, “Sülh bağlandı və savaşa son qoyuldu. Qılınclar qınlarına qoyuldu, mizraqlar yerlə¬rinə sancıldı. Artıq buralarda savaş havası çalınmayacaqdır. İki hökumət qardaşlığa əsas¬lana¬raq təbəələrinin rifahı üçün çalışacaqdır”. “Amasya sülhü” ilə Osmanlı və Səfəvi dövlətləri arasında yarım əsrdən çox davam edən düşmənçiliyə son qoyuldu. Səfəvi dövləti 55 il ərzində Osmanlı sultanları tərəfindən rəsmən qəbul edilməmişdi. Sülh müqaviləsi I Şah Təhmasibin böyük qələbəsi idi, çünki o, Səfəvi dövlətinin varlığını Osmanlı sultanına qəbul etdirmişdi. Qarşılı¬ğında isə Osmanlı dövlətinə 1514-cü ildən bəri ələ keçirilən torpaqları – İraq, Şərqi Anadolu və Gürcüstandakı torpaqları, şəhər və qalaları qazandırdı. Beləliklə, “Amasya sülhü” iki dövlət arasında müharibə vəziyyətinə son qoydu. Osmanlı sultanları Çaldıran döyüşündən sonra 41 il düşmən kimi gör¬dükləri Səfəviləri rəsmən dövlət kimi qəbul etdilər. Amasya sülhü Səfəvi və Osmanlı imperiyaları arasında imzalanmış ilk rəsmi və yazılı sülh müqavilədir, bu müqavilə həm siyasi, həm də diplomatik baxımdan bölgənin tarixinə ciddi təsir göstərib.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Tarix elmləri doktoru, dosent Xeyirbəy Qasımov “XVI əsrin ortalarında Azərbaycan mədəniyyətinin inkişaf mühitinə” dair”, tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn “Səfəvi-Osmanlı münasibətlərində Türkman mirası”, tarix üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimova “Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi məsələləri gürcü qaynaqlarında (Parsadan Qorqidcanidze, “Gürcüstan tarixi”)”, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Abdullayeva “Azərbaycan Səfəvi dövlətinin İngiltərə ilə iqtisadi əlaqələri”, Sevinc Qurbanova “Səfəvi-Osmanlı münasibətlərində İspaniyanın rolu (1500-1555-ci illər)”, Paşa Həsənli “Səfəvilər dövlətinin süvari qoşun növlərinin formalaşmasında Azərbaycan vilayətlərinin rolu”, Elxan Quliyev “Şah Təhmasib dövrünün mühüm qaynağı Budaq Münşi Qəzvinin “Cəvahir əl-əxbar” adlı əsəri haqqında”, Nəriman Şirəliyev “Ağqoyunlu-Səfəvi qarşıdurmasının iki həlledici döyüşü: strateji və taktiki təhlil”, Fərhad Rüstəmzadə “Şah Təhmasibin dini siyasəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov “Амасийский договор как итог этнотерриториальных и демографических потерь Кызылбашской державы”, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Orta əsrlər və Səfəvilər dövrü tarixi məsələləri Azərbaycanın mühacir ziyalıların elmi irsində”, Səbinə Alıyeva “XVIII əsrin 20-30-cu illərində Səfəvi-Osmanlı münasibətləri Türkiyə tarixşünaslığında”, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev “Əhməd bəy Ağaoğlunun Azərbaycan Səfəvi dövləti ilə bağlı baxışları”, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova “Səfəvilər dövründə Gəncədə toxuculuq sənətinin vəziyyətinə dair”, Rəna Nəcəfova “Şah Abbasın hakimiyyəti dövründə Səfəvi- Portuqaliya siyasi münasibətləri”, tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə “Səfəvi dövlətində əfqan müdaxiləsi dövründə (1722-1729) məzhəb qarşıdurması”, Erkin Sadıxzadə “Типы ружей, использовавшихся в Азербайджанское государстве Сефевидов”, Aynur Orucova “Məhəmməd Xudəbəndənin hakimiyyətə gəlməsi (italyan mənbələri əsasında)”, Samid Bağırov “Səfəvi şahzadələrinin tərbiyəsi məsəlsi”, Rəfail Eminov “Səfəvi-Osmanlı münasubətlərində Amasiya sülhünün tarixi əhəmiyyəti” adlı məruzələrlə çıxış ediblər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir