01.02.2025 18:07
AMEA Rəyasət Heyətində 2025-ci il yanvar ayının 31-də “2 fevral- Azərbaycan gəncləri günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində AMEA prezidenti, akademik İsa Həbibbəyli 2024-cü il üzrə nüfuzlu elmmetrik bazalarda (Web of Science and Scopus) indekslənən nəşrlərdə məqalələri dərc edilmiş elmi əməkdaşları mükafatlandırıb. Tədbirdə, 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) ən çox məqalə nəşr etdirən, eləcə də məqalə sayına görə ilk üç yeri tutan, eləcə də məqaləsi dərc edilən elmi əməkdaşların adları səsləndirilib, onlara Rəyasət Heyətinin müvafiq qərarı üzrə nəzərdə tutulan pul mükafatları verilib.
Qeyd edək ki, Tarix və Etnologiya İnstitutunun əməkdaşlarının məqalələri müntəzəm olaraq nüfuzlu impakt faktorlu jurnallarda dərc edilir. Təkcə 2024-cü ildə instutut əməkdaşlarının 39 məqaləsi elmmetrik bazalarda (Web of Science and Scopus) indekslənən nəşrlərdə işıq üzü görüb.
Tədbirdə Tarix və Etnologiya İnstitutunun əməkdaşları - “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əhməd Quliyevin (“A Brother’s Portion”: Regifted and Requested Items in Safavid–Mughal Diplomatic GiftExchanges”), “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Lamiyə Qafarzadənin (“When West meets east: Sır Anthony Jenkınson’s journey to the Safavıd Empıre”; “One of their Chefe festival daies. The historical significance oft he Safavid trade privilegest tot he British“), “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Ziyad Əmrahov (“Educational schools in Irevan Governorate (1850-1917 years). Universidad y Sociedad”), şöbə müdiri, t.ü.f.d, dosent Günel Musayeva da mükafata layiq görülüblər. Onların məqalələri nüfuzlu elmmetrik bazalarda indekslənən nəşrlərdə dərc edilib.