AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix elminə ağır itki üz vermişdir

26.06.2019 00:14

Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan xalqına qarşı soyqırımları və deportasiyalar barədə tədqiqatların və irihəcmli publisistik əsərlərin müəllifi olan İsrafil Süleyman oğlu Məmmədov 25 iyun 2019-cu ildə vəfat etmişdir.

Tarix İnstitutu adından görkəmli ermənişünas alim İsrafil Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Mehri rayonunun Əmrəkar kəndində anadan olub. İsrafil Məmmədov Tarix İnstitutunda fəaliyyətə başladıqdan sonra institutun nəşr etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının müəlliflərindən biri kimi 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət mükafatına layiq görülüb. O, eyni zamanda Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin mükafatının qalibidir (2007). Qərbi Azərbaycan tarixini əsərlərində təbliğ etdiyinə görə 2010-cu ilin dekabrında Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin fəxri fərmanı ilə təltif edilmişdir.

İsrafil Məmmədov erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis dillərində dünya ictimaiyyətinə çatdırıb.

Paylaş: