1747-ci ildə Nadir şahın ölümündən sonra onun imperiyası dağılmış və Azərbaycanda 20-dək xırda irsi feodal monarxiyalar - xanlıqlar, həmçinin qonşu hakimlərdən asılı olan bir neçə sultanlıq meydana gəlmişdir. XVIII əsrin 80-ci illərindən başlayaraq, ölkənin cənub hissəsində yerləşən xanlıqlar Azərbaycan sərkərdəsi Ağa Məhəmməd xan Qacarın yaratdığı yeni dövlətdən asılı hala salınmışdır. 1803-1828-ci illərdə isə Azərbaycanın şimal xanlıqları Rusiya tərəfindən zəbt edilmişdir.