Daxili çəkişmələrdən zəifləmiş Azərbaycan dövlətləri Səlcuq yürüşləri nəticəsində Səlcuq İmperiyasına daxil olurlar. Yanlız Şirvanşahlar dövləti öz müstəqilliyini qoruyub saxlaya bildi. Səlcuq dövrü Azərbaycanın və bütün Cənubi Qafqazın tarixində mühüm dönüş dövrü idi. Azərbaycan xalqının və Azərbaycan türk dilinin mövqeyi daha da gücləndi.