Ərəb xilafəti daxilində gedən parçalanma prosesi tarixi Azərbaycan ərazisində yeni dövlət qurumlarının yaranmasında mühüm rol oynadı. Azərbaycan yadelli işğalçıların əsarətindən azad oldu. Lakin ölkədaxili feodal parçalanması yadelli işğalçılara qarşı müqaviməti zəiflədirdi, iqtisadi inkişafa mənfi təsir göstərirdi.