IX əsrin I yarısında Məhəmməd ibn Mərvanın başçılığı altında ərəb qoşunları Azərbaycana hücum etdilər. 90 ilə yaxın davam edən amansız vuruşmalar nəticəsində ərəblər Azərbaycanı çətinliklə tabe edə bildilər. Ərəblərin hakimiyyəti dövründə Atropatena və Albaniya vahid dövlətin tərkibinə daxil oldu. Bu isə ölkənin şimalı və cənubu arasında gələcək iqtisadi və mədəni yaxınlaşma üçün zaman yaratdı.