Xəzərlər, ərəblər və Bizansın davamlı hücumları nəticəsində Albaniya 705-ci ildə müstəqilliyini itirdi. Azərbaycan bütünlüklə Ərəb Xilafətindən asılı hala düşdü. Lakin Xilafət daxilində gedən parçalanma prosesi tarixi Azərbaycan ərazisində yeni dövlət qurumları təşəkkül üçün şərait yaratdı. Bu dövrdə geniş ticarət əlaqələri mövcud olmuş, elm inkişaf etmiş, xəritələr çəkilməyə, barıt hazırlanmasına başlanmışdır. Yeni qalalar, məscidlər, saraylar inşa edilmiş, ərəb xilafəti üçün məqbərələr (sərdabələr) tikilmişdir.