Qarabağın ənənəvi suvarma sistemi (tarixi-etnoloji tədqiqat)
Müəllif | Əliyev Bəhmən |
---|---|
Nəşr olunduğu il | 2024 |
Bölmə | tarix |
Səhifə sayı | 192 |
Dil | Azərbaycan dili |
Baxış sayı | 378 |
Yükləmə sayı | 23 |
Əliyev Bəhmən. Qarabağın ənənəvi suvarma sistemi (tarixi-etnoloji tədqiqat), Bakı, 2024, -s.192.
Qarabağda ənənəvi suvarma təsərrüfatının formalaşmasında Kür, Araz, Tərtər, Qarqar, Xaçın və Həkəri kimi iri çaylar, onların çoxsaylı qolları, arxlar, kəhrizlər, quyular, bulaqlar əsas rol oynamış, suvarma işlərinin təkamülünə, yaşayış məskənlərinin yaranmasına, bölgənin inzibati baxımdan təşkilinə, mənəvi həyata mühüm təsir göstərmişlər. Monoqrafiyada bu sistemin ən qədimdən müasir dövrədək keçdiyi inkişaf yolu araşdırılır, etnoqrafik mənzərə coğrafi, arxeoloji, folklor materialları əsasında tədqiq olunur.
Monoqrafiyada müasir dövrdə Böyük Qayıdış Hərəkatının gedişində Qarabağın təsərrüfat həyatında mühüm yer tutan suvarma sisteminin dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən qurulması məsələləri də araşdırılır.