AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

XIX-ХХ əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən. Bakı: 2023. -306s.

Müəllif kollektiv
Nəşr olunduğu il 2023
Bölmə tarix
Səhifə sayı 306
Dil Azərbaycan
Baxış sayı 823
Yükləmə sayı 74

XIX-ХХ əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən. Bakı: 2023. -306s.

Monoqrafiya Azərbaycanımızın İrəvan şəhərinin – Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının XIX-XX əsrin əvvəlləri dövrünə həsr edilmişdir. Əsərdə İrəvanın tarixini “erməniləşdirməyə”, onu “Erebuni”adlı mifik məskənlə bağlamağa çalışan saxtakarlar tənqid olunur, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlərə aydınlıq gətirilir; Azərbaycan və Anadolu türkcələrində, ingilis, rus və b. dillərdəki tarixşünaslıq əsərlərindən, habelə mötəbər qaynaqlardan toplanmış qiymətli məlumatlar əsasında İrəvan tarixinin mühüm sahələrinə işıq tutulur.

Kitabda İrəvan şəhər sənayesi, şəhər memarlıq xüsusiyyətləri və ticarəti barədəki faktlar əsasında onun klassik Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutduğu vurğulanır, şəhərin inzibati idarəçilik sistemi, demoqrafiyası araşdırılır, çarizmin işğalçı İrəvan yürüşlərinə qarşı irəvanlıların qəhrəman mübarizəsi real faktlarla işıqlandırılır, romanovların mürtəce köçürmə siyasəti sayəsində burada reallaşdırılmış xristianlaşdırma – erməniləşdirmə proseslərinə tənqidi diqqət yetirilir.

Əsərdə İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir, onun Azərbaycan elm və mədəni mərkəzlərindən biri olduğu vurğulanır.

Paylaş: