AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi. 1-ci cild

Müəllif Röfət Quliyev
Nəşr olunduğu il 2015
Bölmə tarix
Səhifə sayı 360
Dil Azərbaycanca
Baxış sayı 2074
Yükləmə sayı 16

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli gömrük xidmətinin yaradılması, qısa vaxt ərzində daha da təkmilləşdirilməsi prosesi sistemli şəkildə təhlil olunur. əsərdə həmçinin Azərbaycan Parlamenti və hökumətinin ölkənin quru və dəniz sərhədlərində gömrük nəzarəti və gömrük baxımından sərhəd mühafizəsi xidmətinin təşkili, xarici ticarətin gömrük tənzimlənməsinin hüquqi əsaslarının yaradılması sahəsində fəaliyyəti işıqlandırılır. Milli hökumətin gömrük siyasətində tarixi şəraitdən asılı olaraq həyata keçirilən mühüm dəyişikliklər zəngin arxiv sənədləri və digər materiallar əsasında araşdırılır. Kitabda tədqiq olunan problemlə bu və ya digər şəkildə əlaqəli olan əhəmiyyətli tarixi sənədlər elmi dövriyyəyə ilk dəfə daxil edilmişdir. Kitab milli iqtisadiyyatın və gömrük tarixinin tədqiqi və tədrisi ilə məşğul olan elmi işçilər, müəllimlər, həmçinin «İqtisadiyyat» və «Gömrük işi» ixtisası üzrə təhsil alan tələbələr və milli gömrük tariximizi öyrənən oxucular üçün faydalı ola bilər.

Paylaş: