XVII–XVIII əsrlərdə Azərbaycan-Hindistan ticarət əlaqələri
Müəllif | Şəhla Məmmədli |
---|---|
Nəşr olunduğu il | 2011 |
Bölmə | tarix |
Səhifə sayı | 152 |
Dil | Azərbaycanca |
Baxış sayı | 2212 |
Yükləmə sayı | 59 |
Monoqrafiyada Azərbaycan şəhərlərində istehsal olunan məhsulların son orta əsrlərdə böyük miqyasda ticarət aparan hindli tacirlər tərəfindən nəinki Hindistana, həmçinin bir çox Avropa ölkələrinə ixracından bəhs edilir. Kitabda Azərbaycan və Hindistan arasında mövcud olan iqtisadi əlaqələrin bu ölkələrin orta əsr memarlığına, incəsənət və musiqisinə təsirinə də toxunulmuş, tədqiq olunan dövrdə Hindistandan gələn zəvvarların etiqad məskəninə çevrilən, XVII əsrdə zəngin hindli tacirlər tərəfindən ucaldılan Suraxanı od məbədi barədə maraqlı məlumatlar əks olunmuşdur.