AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2-ci cild

Müəllif Kollektiv
Nəşr olunduğu il 2004
Bölmə tarix
Səhifə sayı 440
Dil Azərbaycan türkcəsi
Baxış sayı 2168
Yükləmə sayı 45

Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fıkir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Ensiklopediyada tarixi varislik prinsipinə əməl olunaraq, Azərbaycan Xalq Cümhuriyyətindən əvvəlki dövrdə dövlətçilik tarixinin ayrı-ayrı məsələlərinə, əhali və ərazi problemlərinə, çar Rusiyasının xüsusi məqsədlə həyata keçirdiyi inzibati-ərazi islahatları nəticəsində Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsinə, o cümlədən Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq siyasətinə, Cənubi Qafqaz ərazisindəki quberniyalar və qəzaların tarixinə, ümumiyyətlə Cümhuriyyət tarixi ilə bağlı bir sıra başqa məsələlərə və tarixi şəxsiyyətlərə dair materiallara da müəyyən yer verilmişdir. Cümhuriyyət tarixinin ayrı-ayrı məsələləri yaxın keçmişdə saxtalaşdırıldığından və qəsdən təhrif olunduğundan, həmçinin bu dövrün bir çox problemləri indiyədək lazımınca araşdırılmadığından ensiklopediyada verilən məqalələrin böyük əksəriyyəti tədqiqat xarakteri daşıyır və yeni elmi baxışı əks etdirir. Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür.

Paylaş: