Tarix-i aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (I cild)
Müəllif | İsgəndər bəy Münşi Türkman |
---|---|
Nəşr olunduğu il | 2009 |
Bölmə | tarix |
Səhifə sayı | 792 |
Dil | Azərbaycan türkcəsi |
Baxış sayı | 2320 |
Yükləmə sayı | 71 |
Oxuculara təqdim olunan bu kitab Səfəvi dövrünün ən məşhur müəlliflərindən biri olmuş və I Şah Abbasın sarayında xidmət etmiş görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın (1560/61-1634) farsca yazdığı «Tarix-i aləmara-yi Abbasi» (Abbasın dünyanı bəzəyən tarixi) adlı üç cildlik əsərin birinci cildinin Azərbaycan dilinə tam tərcüməsidir. Mənbənin bu cildi Səfəvi sülaləsinin əcdadları, Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı, ilk dörd Səfəvi şahının (I İsmayıl, I Təhmasib, II İsmayıl və Məhəmməd Xudabəndə) hakimiyyəti haqqında qiymətli məlumatlar verir və 1587-ci ildə I Şah Abbasın hakimiyyətə gəlməsi ilə sona çatır. Vətənimizin, qonşu ölkələrin və bir sıra digər Yaxın və Orta Şərq ölkələrinin tarixini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edən «Tarix-i aləmara-yi Abbasi» ilk dəfədir ki, Azərbaycan dilində işıq üzü görür. Tərcümə zamanı mənbənin Tehran nəşrindən və Bakıdakı əlyazmalarından istifadə edilmişdir. Əsər geniş ön söz, şərhlər və göstəricilərlə təchiz olunmuşdur.