XVIII – XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və rus tarixşünaslığında ( ХХ əsrin 20-80-ci illəri).
Müəllif | Mərziyə İsgəndərova |
---|---|
Nəşr olunduğu il | 2009 |
Bölmə | tarix |
Səhifə sayı | 440 |
Dil | Rusca |
Baxış sayı | 2504 |
Yükləmə sayı | 40 |
XVIII-XIX əsrin əvvəlində tarixi hadisələr Azərbaycan xalqının ictimai-siyasi və mədəni inkişafına təsir edərək bir çox halda onun gələcək taleyini qabaqcadan həll etmişdir. Buna görə göstərilən dövrdə Azərbaycan-Rusiya münasibətlərinin öyrənilməsi XX əsrin 20-80 illərində tarixçilərin diqqət mərkəzində olmuşdur. XVIII-XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya ilə münasibətlərinin siyasi və iqtisadi aspektləri XX əsrin 20-40 illərin nəşrlərində öz əksini tapmışdır. M.Vəlili, R.İsmayılov, C.Zeynaloğlu, V.M. Sisoyev, Y.A. Paxomov, V.V.Bartold, A.P.Fituni, M.A.Poliyevktov, Y.S.Zevakin və digərlərinin əsərlərində bu və ya digər dərəcədə I Pyotrun Xəzəryanı yürüşü barədə məsələlər araşdırılır, rus hakim dairələrinin Azərbaycan hökmdarlarına və yerli əhalinin Rusiya «himayəçiliyinə», rus istilaçılarına münasibətinə diqqət yetirilir, Rusiyanın Azərbaycandakı işğalçılıq siyasəti barəsində danışılır izah edilir. Eləcə də müəlliflər bəzi Azərbaycan xanlarının Rusiyanın əleyhinə mövqeyinə də diqqət yetirirlər. Bütün göstərilən əsərlərin mənbəşünaslıq bazasının zəifliyi gözdən keçirilən məsələlərin dərin və əsaslandırılmış şəkildə əks olunmasını istisna edir. Azərbaycan tarixinin toplu sistematik ifadəsinin ilk təcrübəsi olan bu əsərlərə o vaxt tarix elminin inkişaf səviyyəsi, tarixi proseslərə obyektiv və hərtərəfli yanaşmanın olmaması təsir göstərmişdir. Rusiya siyasətinin tənqidi təhlilinin olmaması, azərbaycanlılar arasında anti-rus əhvali-ruhiyyəsinin olmasını qəbul etməkdən imtina edilməsi, Rusiyanın Azərbaycana qarşı siyasətinin işğalçılıq xarakterinin pərdələnməsi bu dövrün əksər araşdırmaları üçün səciyyəvidir. Hətta bu dövrdə müəlliflər tərəfindən rusların xilaskar kimi göstərilməsinin əsası qoyulmuş, ilk dəfə olaraq Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsi yaranmış vəziyyətdə yeganə doğru yol olması kimi absurd fikir ifadə edilmişdir. Bununla yanaşı bu əsərlər XVIII-XIX əsrin əvvəli Azərbaycan-Rusiya münasibətləri probleminin ayrı-ayrı aspektlərinin işlənib hazırlanmasına öz töhfəsini vermiş, Şimali Azərbaycanın Rusiyaya «birləşməsi» tarixi aktının həqiqi mahiyyətinin müəyyən edilməsi yolunda ilk, əslində tamamilə yanlış və qeyri-obyektiv addım atılmışdır.