Azərbaycanın qədim tarixinə dair yazılı mənbələr
Müəllif | Kollektiv |
---|---|
Nəşr olunduğu il | 2014 |
Bölmə | tarix |
Səhifə sayı | 204 |
Dil | Azərbaycan türkcəsi |
Baxış sayı | 3191 |
Yükləmə sayı | 154 |
Oxuculara təqdim olunan bu müntəxəbatda Azərbaycanın 3500 illik dövrünü (е.э. XXVIII - b.e. VII əsrlər) əks etdirən tarixi, iqtisadi, dini və ədəbi mətnlərdən nümunələr toplanmışdır. Mənbələrin əksəriyyəti, xüsusən mixi kitabələrdən gətirilən nümunələr ilk dəfədir ki, nəşr olunur. Antik müəlliflərin məlumatları Azərbaycanın tarixini və coğrafıyasını, “Avesta” və pəhləvi mətnlərindən parçalar isə sələflərimizin ideoloji baxışlarını, dini dünyagörüşünü və adət-ənənələrini öyrənməkdə əvəzsiz mənbə ola bilər. Müntəxəbat qədim tariximizi tədqiq edən mütəxəssislər və keçmişimizlə maraqlanan oxucular üçün nəzərdə tutulub.