Şəki şəhərinin tarixi (1920-1941)
Müəllif | Afaq Tahirova |
---|---|
Nəşr olunduğu il | 2014 |
Bölmə | tarix |
Səhifə sayı | 208 |
Dil | Rusca |
Baxış sayı | 2198 |
Yükləmə sayı | 22 |
Monoqrafiya işində Şəki şəhərinin tarixi çoxsaylı arxiv və ədəbiyyat, dövrü mətbuat materialları əsasında kompleks şəkildə tədqiq olunmuşdur. Xronoloji baxımdan monoqrafiya Azərbaycan tarixinin ən mürəkkəb və ziddiyyətli dövrünü – XX əsrin 20-30-cu illərini əhatə edir. Bu illərdə Azərbaycanda yeni dövlət idarəçiliyi sistemi formalaşırdı. Respublikanın iqtisadi, ictimai-siyasi və mənəvi həyatında mühüm dəyişikliklər təşəkkül tapırdı. 1920-1941-cü illərdə Azərbaycan SSR-də yeni cəmiyyətin-sosialist sisteminin əsasları yaradılmışdır. Bu proses çox çətin və ziddiyyətli olmuşdur. Eyni zamanda yeni cəmiyyətin siyasi, iqtisadi və mədəni əsaslarının qurulması sahəsində əhəmiyyətli quruculuq işləri görülmüşdür. Yeni sosialist şəhərlərinin, sənaye mərkəzlərinin yaradılması da bu dövrdə əhəmiyyətli rol oynamışdır. Bu cəhətdən Şəki şəhəri də Azərbaycan tarixində öz önəmli rolu ilə seçilir. Tədqiq edilən illərdə Şəki şəhəri Azərbaycanın üçüncü sənaye şəhərinə çevrilmişdir. Eyni zamanda Azərbaycan SSR-də baş verən proseslər Şəkinin ictimai-siyasi həyatına təsirsiz qalmamışdır. Şəki sosialist şəhəri kimi formalaşmışdır. Monoqrafiya giriş, üç fəsil, səkkiz paraqraf, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzunun aktuallığı əsaslandırılmış, tarixşünaslıq nəzərdən keçirilir, göstərilir ki, bu mövzu tədqiq olunan xronoloji çərçivə hüdudunda indiyədək tədqiqat obyekti olmamışdır. Monoqrafiyada təkcə Şəkinin 1920-1941-ci illər dövrü tarixinə deyil, qədim dövrlərdən başlayaraq, XIX əsrin sonu – XX əsrin əvvəllərində də Şəkinin ümumi tarixinə nəzər yetirilmişdir. Həmin dövrdə Şəkinin Azərbaycanın ipəkçilik mərkəzi kimi formalaşmasına dair maraqlı faktlar monoqrafiyada öz əksini tapmışdır